Sumqayıt şəhərində 1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi" günü qeyd olundu

Əsas səhifə / XƏBƏRLƏR / Sumqayıt şəhərində 1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi" günü qeyd olundu
June 1 –“The Day of International Protection of Children" was celebrated in Sumgait city

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirildi.

Bu ilkin tədbir Sumqayıt şəhərində yerləşən Laçın rayon təhsil şöbəsi 5 saylı tam orta məktəbdə qeyd olundu.

Tədbirdə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə 30 ilə yaxın işğal olan torpaqlarımızın geri qaytarılmasında canını fəda edən Şəhidlərimizi bir dəqiqəlik sukutla yad edilərək, dövlət himni səsləndirildi.

Məktəbin direktoru Əlipolad Əzizov qonaqları salamlayaraq tədbiri açdı.

Sonra, AzQAC-ın Sumqayıt Regional Mərkəzinin Koordinatoru Mətanət Məhərrəmova uşaqları bayram münasibəti ilə təbrik edərək, ən xoş arzularını bildirdi.

Sumqayıt Musiqi kollecinin direktor müavini Kamran Süleymanov da öz musiqi çələngi ilə uşaqların görüşünə gəldiklərini bildirdi. Bir-birini əvəz edən musiqi sədaları altında uşaqlar rəqs edərək, şənləndilər.

Tədbirin sonunda AzQAC-ın Sumqayıt şəhər bölməsi tərəfindən hazırlanan hədiyyələr uşaqlara təqdim olundu.

Məktəbin direktoru Əlipolad Əzizov diqqət və qayğı ücün təşkilatçılara öz adından və kollektiv adından minnətdarlıqlarını bildirdi.

Sonda birgə xatirə şəkilləri çəkdirildi.